Zaqatalada məktəb binası yanıb

Mekteb yandi

Zaqatala rayonunda məktəb binasında yanğın baş verib.

Xalq.az-ın xəbərinə görə, hadisə rayonun Muğanlı kəndində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon dövlət yanğından mühafizə xidmətindən verilən məlumata görə, ötən gün axşam saatlarında kənddə ümumi sahəsi 2300 kv/m olan məktəb binasının dam örtüyünə çəkilmiş qır yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.