Əcnəbilər tibbi müayinədən keçiriləcək

millimeclisbina

 

Azərbaycanda müvəqqəti yaşamaq üçün icazəsi olan, o cümlədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alan əcnəbilər də İİV-ə görə tibbi müayinədən keçiriləcəklər. APA-nın xəbərinə görə, Milli Məclisin Sosial siyasət komitəsinin iclasında bununla bağlı “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun 15.3-cü maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

 

Dəyişiklik barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, qeyd olunan maddədə (İİV-ə mütləq tibbi müayinə) “daimi yaşamaq hüququ (immiqrant statusu) əldə etmək” sözləri “daimi və ya müvəqqəti yaşamaq üçün icazə, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaq” sözləri ilə əvəz edilir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.