Gülənin bankı bağlandı

Türkiyənin iri banklarından biri olan “Bank Asya” bağlanıb

41

“Haber7” telekanalının verdiyi məlumata görə, bankın bağlanmasına səbəb səhmlərinin dəyərdən düşməsi olub.
2014-cü il, avqustun 7-də Türkiyənin Bank Nəzarəti Qurumu bankın fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdi. Bankın fəaliyyətinin bərpa olunması məqsədilə onun səhmdarları tərəfindən kapitallaşmaya dair qərar qəbul olunmuşdu. Bununla əlaqədar “Bank Asya” nəzarət orqanına müraciət etmişdi. Sentyabrın 15-dən bank öz fəaliyyətini yenidən bərpa edib.
Prezident Rəcəb Tayyib Ərdoğan bankın müflisləşmə həddində olduğunu bəyan edib və hökumətin guya onun bağlanması üçün bilərəkdən addım atdığı barədə iddiaları təkzib edib.
Qeyd edək ki, “Bank Asya”nın Fətullah Gülən hərəkatı ilə sıx əlaqələri var.