Ədalətə əsaslanan sülhə hazırıq

 

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev hər iki ölkənin maraqlarının qarşılıqlı şəkildə müdafiə olunduğunu bildirdi. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Ölkələrimiz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. İraq Prezidentinin ölkəmizə ilk rəsmi səfəri iki ölkə arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlıqda yeni səhifə açacaq.

 

Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinə xüsusilə diqqət çəkdi və tarixi həqəqətləri bir daha səsləndirdi. Ölkə başçısı qeyd etdi ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi. Ermənistan torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.

 

Prezident İlham Əliyev bəyan etdi ki, hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik. Ümid edirdik ki, Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. 3 il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki, bu, qəbuledilməzdir. İşğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi. Ölkə başçısı qeyd etdi ki, əfsuslar olsun ki, Ermənistan hökuməti Azərbaycana deyil, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Onların məsləhəti hərbi kontingenti Azərbaycan ərazisində mümkün qədər çox saxlamaqdan ibarət oldu.

 

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə Azərbaycan tərəfindən aparılmış antiterror tədbiri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən ölkəmiz örnək hesab olunmalıdır. Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror tədbirini apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır, deyə qeyd edən Prezident İlham Əliyev Qarabağdakı qeyri-qanunu rejmin süquta uğradığını qeyri-qanuni olmasına baxmayaraq, onların özlərinin “dağlıq qarabağ respublikası” adlandırdıqları bu qeyri-qanuni qurumu buraxdıqlarını bildirdi.

 

Ölkə başçısı onu da vurğuladı ki, Azərbaycan irəli sürdüyü təkliflərə dair Ermənistandan qeydləri gözləyir. Ölkəmiz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə edib. Lakin sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair heç bir cavab gəlməyib. Prezident İlham Əliyev Fransanın Cənubi Qafqazda destruktiv rol oynamasına da diqqət çəkdi. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ölkə başçısı bəyan etdi ki, Ermənistan öz gələcəyini regiondan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır. Heç bir beynəlxalq təzyiq də Azərbaycan xalqının və Azər