Könül Nurullayevanın məqaləsi İraq mətbuatında

Bir mühüm faktı diqqətə çatdırmaq lazımdır ki, Bakı və Bağdad beynəlxalq təsissatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, həmrəylik nümayiş etdirir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.

 

Görüş zamanı Prezident İlham Əliyev 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük müharibədən sonra son 3 ildə yaranan yeni reallıqlar, bölgədə sülh və təhlükəsizlik perspektivləri diqqətdə saxlanıldı. Azərbaycan Prezidenti bəzi Qərb dairələrinin Ermənistanı revanşizmə həvəsləndirməsinin yaratdığı mümkün riskləri dilə gətirdi. Rəsmi Bakı sülhə hazırdır. Lakin Prezident İlham Əliyevin də söylədiyi kimi, söhbət ədalətli, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhdən gedir. Azərbaycan bölgədə sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhün tərəfdarıdır.

 

Rəsmi Bağdad isə öz növbəsində Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılmasını dəstəkləyir. Uzun illər münaqişə və müharibələrdən əziyyət çəkən rəsmi Bağdad bütün problemlərin dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmasının tərəfdarıdır. Əbdüllətif Camal Rəşidin də Bakıda bəyan etdiyi kimi, “müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz.”

Deputat İraq Prezidentinin Azərbaycana rəsmi səfərinin səmərəli müzakirələrlə yadda qaldığını vurğulayıb: “Dövlət başçılarının qətiyyətli bəyanatları söyləməyə imkan verir ki, bu səfər hər iki ölkə arasında dostluq münasibətlərinin güclənməsinə təkan olacaq. Ölkələrarası münasibətlərin dərinləşməsinin heç şübhəsiz, xalqlar üçün də faydası böyük olacaq.”

 

 

 

تدشين مرحلة جديدة في العلاقات الأذربيجانية- العراقية

تدشين مرحلة جديدة في العلاقات الأذربيجانية-

تدشين مرحلة جديدة في العلاقات الأذربيجانية- العراقية

تدشين مرحلة جديدة في العلاقات الأذربيجانية- العراقية

تدشين مرحلة جديدة في العلاقات الأذربيجانية- العراقية