Ədliyyə Nazirliyinin eksperti tutuldu

İ.Həsənov hədə-qorxu ilə tələb etmədə ittiham edilir.

XALQ.AZ xəbər verir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İlham Həsənov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda təqdimat təmin edilib.

İ.Həsənov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İ.Həsənov hədə-qorxu ilə tələb etmədə ittiham edilir.

 

Orxan