Əhaliyə 10,5 faiz xidmət göstərilib

 

 

 

İnformasiya və rabitə sektorunda 2014-cü ilin yanvar-avqust aylarında təsərrüfat subyektlərinə və əhaliyə 988,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,5 faiz çox xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirilib ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 60,2 faizi mobil telefon operatorlarının payına düşüb və ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 8 faiz artaraq 595 milyon manat təşkil edib.