Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib

2
Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib.

 

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Baş nazir Əhməd Davudoğlunu hava limanında Azərbaycanın aş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıb.

 

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.