ABŞ-da azərbaycanlı uşaqlar üçün baxça

4

 

Texas ştatının Hyuston şəhərində Azərbaycan Amerika Mədəniyyət Alyansı (AAMA) tərəfindən Hyustonda yaşayan azərbaycanlılar üçün təşkil edilmiş tədris proqramının üçüncü ilinə start verilib. Tədris proqramına Azərbaycan dili və ədəbiyyatı, rəsm dərsləri ilə yanaşı “Robotiks” dərsləri də əlavə olunub. AAMA-nın təşəbbüsü ilə yaradılan məktəb 2012-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Hazırda məktəbdə 36 nəfər şagird vardır. Dərslər Hyustonun Azərbaycan icmasının könüllü müəllimləri Mirqələm Miriyev (Azərbaycan Dili və Ədəbiyyatı), Pərvinə Əliyeva (rəsm) və Zarina Əlizadə (Robotics) tərəfindən keçirilir. Hər tədris ilinin sonunda şagirdlərə sertifikatlar və hədiyyələr verilir.

AAMA qeyri-hökümət təşkilatıdır və 2009-cu il martın 1-dən Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərir.

Təşkilatın məqsədi Azərbaycan mədəniyyətini Amerika Birləşmiş Ştatlarında təbliğ etməkdir.