Əhməd Şəfəq Bakıda konsert verəcək

2

 

Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəq dekabrın 21-də Bakıda möhtəşəm konsert proqramı ilə çıxış ecəcək.

Xalq.az  AzNews.az-a istinadən xəbər verir ki, sənətçinin uzun müddətdir ki, hazırlaşdığı konsertlə bağlı videoçarx hazırlanıb:

“Konsertə hazırlıqlar uzun müddətdir gedir. Budəfəki repertuarıma yeni mahnılar daxil edilib. Azərbaycan-Türkiyə dostluğu əbədidir. Azərbaycanı sevmək üçün sadəcə insan olmaq yetərlidir“.

Qeyd edək ki, Ə. Şəfəqin konserti dekabrın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək.