ƏHMƏD VƏLİYEVİN TİKİNTİ ŞİRKƏTİ MƏHKƏMƏDƏ

İddiaçı Şvarts Sevinc Eldar qızı “Jalə Biznes – 1” MTK-nı məhkəməyə verib. Tribunainfo.az xəbər verir ki, iyulun 27-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Xəyal Sarıyev sədrlik edib. Şikayətçi mülkiyyət hüquqlarını müdafiə etmək üçün apelyasiya şikayəti verib. Bu şirkət “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur. MTK .Əliyevə aid olan “Muğan Bank”ı Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin nəzarətindədir. Elmir Mehdiyev 2000-ci ildən bankın Müşahidə Şurasının sədri olub, yalnız bu il sədrlik Əhməd Vəiyevin oğlu Munir Vəliyevə keçib. Bununla belə, “Jalə Biznes” MTK rektora yaxın olan bankın Müşahidə Şurasının üzvü E.Mehdiyev tərəfindən idarə edilir. Bundan əlavə, Əhməd Vəliyevin “Jalə Plaza”sı da var.