SOCAR-a yeni vitse-prezidentlər TƏYİN EDİLDİ

Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamları ilə İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov və Əfqan Elçin oğlu İsayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunublar.

Hər beş Sərəncam imzalandığı gündən qüvvəyə minir.