Əjdər Ola vəzifə verildi

Şair Əjdər Ol Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbiyyat Fondunun direktoru təyin edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə APA-ya Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, bundan əvvəl Ədəbiyyat Fondunun işlərini sədr müavini Nazim İbrahimov aparıb: “Onun vəfatından sonra bu ştat ləğv edilib. Qərara alınıb ki, Ədəbiyyat Fondunun fəaliyyətinin genişləndirilməsi məqsədi ilə şair Əjdər Ol Fondun direktoru təyin edilsin”.