Əli Əhmədov görüş keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Bakıda səfərdə olan Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib.

Xalq.AZ xəbər verir ki, görüşdə YAP sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov qonaqları salamlayaraq sonra deyib ki, Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir: “Türkiyənin uğurları bizi dost və qardaş olaraq daim sevindirir”.

Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun türkiyəli rəhbəri Şamil Aydın çıxış edərək Azərbaycanın Türkiyəyə olan səmimi münasibətindən danışıb. O, Türkiyə ilə Azərbaycanın dost və qardaş dövlət olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, üzvləri – Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Məlahət İbrahimqızı, Ağalar Vəliyev və YAP icra katibinin müavini Siyavuş Novruzov, dostluq qrupunun türkiyəli rəhbəri Şamil Aydın, onun müavini Orhan Erdem, qrpun üzvləri – İbrahim Aydemir, Yunus Kılıç, Tülay Kaynarca, Mehmet Erdoğan, Yaşar Karadağ, TBMM-nin əməkdaşı Türker Yener və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak ediblər.


Comments are closed.