Miroslav Layçak Bakıya gələcək

ATƏT-in Baş katibi, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Cənubi Qafqaza səfər edəcək.

Xalq.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ATƏT rəhbəri Bakı və Yerevanda görüşlər keçirəcək.

“Mən martın əvvəllərində Bakı və Yerevana səfər etməliyəm. Məzh Qarabağ münaqişəsini müzakirə etmək üçün Ermənistana və Azərbaycana dəvətliyəm”.

ATƏT sədri Ermənistandakı hakimiyyət dəyişikliyinin danışıqlara yeni impuls verdiyini düşünür.

 

Orxan