Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarıldı

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarılıb. 

XALQ.AZ-ın yaydığı məlumata görə, Şamxal Həsənli bu gün kollektivlə vidalaşıb.

Onun əvəzinə hələlik təyinat olmayıb.

Xatırladaq ki, Şamxal Həsənli “Xəzər TV” MMC-nin prezidenti vəzifəsini icra edirdi.