Əli Hüseynli seçicilərlə görüşdü

Milli Məclisinin deputatı, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli Yevlax rayonunun Xaldan, Gülövşə və Meyvəli kəndlərinin sakinləri ilə görüş keçirib
XALQ.AZ məlumat verir ki,görüşdə qabaqcadan yerində görüş üçün müraciət etmiş kənd sakinləri iştirak ediblər. Sakinlərin müraciətlərini dinləyən Milli Məclisin deputatı Əli Hüseynli, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Sakinlər problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Ölkə rəhbəri, Müzəffər Ali Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.