İlham Əliyev Ərdoğanla təkbətək görüşdü-Canlı

Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir.

XALQ.AZ xəbər verir ki, görüşdən sonra sənədlərin imzalanma mərasimi və dövlət başçılarının mətbuata bəyanatı olacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.