Ulu Öndər Heydər Əliyev parçalanmış Azərbaycanı yenidən dirçəltdi

“Tarix boyu hər bir dövlətin, xalqın taleyində həlledici rol oynayan nəhəng liderlər olub. Necə ki bu gün ABŞ Corc Vaşinqtona, Fransa Şarl de Qola, Türkiyə Atatürkə və müasir Azərbaycan da ümummilli liderimiz Heydər Əliyevə dərin rəğbət bəsləyir və borcludur”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrlərində həyata keçirdiyi müdrik və uzaqgörən islahatlar nəticəsində Azərbaycan 15 respublika içərisində ən yüksək inkişaf etmiş ölkəyə çevrildi:

“İkinci dəfə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev parçalanmış Azərbaycanı qısa vaxt ərzində yenidən dirçəltdi və müxtəlif sahələrin inkişafı istiqamətində tədbirlər görməyə başladı. Ölkədə iqtisadi dirçəliş başlandı, siyasi sabitliklik hökm sürdü və ordu quruculuğuna start verildi”.

Millət vəkilinin sözlərinə görə, dünya bu gün Ulu öndər Heydər Əliyevin başlatdığı siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının bütün sahələrində dayanıqlı inkişafının şahidi olur:

” Bu inkişafın kökündə müasir Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin qoyduğu möhkəm özüllər dayanır. Artıq Azərbaycan dünyada öz sözünü deyən ölkə imicini qazanıb. Cənab Prezident İlham Əliyev də dünyanın nəhəng siyasətçilərdəndir. Onun rəhbərlik etdiyi Azərbaycan dövləti dünyanın ən kiçik ölkələrindən biri olmasına baxmayaraq yaratdığı yeni reallıqlarla dünyaya səs saldı. Bu gün biz torpaqlarımızı Ali Baş komandanın rəhbərliyi altında işğaldan azad etdik və öz haqq səsimizi dünyaya çatdırmağı bacardıq”.

Vüqar İskəndərov qeyd edib ki, Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkəsidir:

“Dünyanın əziyyət çəkdiyi postpandemiya dövründə yeni müharibədən çıxan ölkə olmasına baxmayaraq Azərbaycanda Formula -1 yarışları keçirildi və Avropa çempionatının 4 oyunu ölkəmizdə keçilir. Bu ölkəmizin bütün sahələrdə inkişafının göstəricisidir. Hələ başlanğıcdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya miqyasında daha çox uğurlu layihələrə imza atacaq”.