Əməkdar artist əsgərlərin qarşısında oxudu

Azerin

Xeyli müddətdir efirlərdən uzaq düşən, səsi Türkiyədən gələn əməkdar artist Azərin Tovuz rayonuna səfər edib.

XALQ.AZ-ın məlumatına görə, ifaçı ənənəsinə sadiq qalaraq bu dəfə də əsgərlərin qarşısında çıxış edib. Hərbi hissədə baş tutan konsert proqramından danışan Azərin xanım fikirlərini bildirib:

“Əsgərlərin qarşısında çıxış etməkdən şərəf duydum. Onlara konsert verməkdə mənə kömək edən hər kəsə təşəkkürümü bildirirəm. Allah Türk əsgərlərini qorusun. Yaşasın Azərbaycan ordusu!”.

Xatırladaq ki, bir müddət əvvəl Bakıya qayıdan əməkdar artist artıq Azərbaycanın bir çox hərbi hissələrində əsgərlərlə görüşüb, onların qarşısında maraqlı repertuar ilə çıxış edib.