2 milyon insan “ASAN”dan keçdi

ASAN-2

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə bu günə qədər müraciət edənlərin sayı açıqlanıb.

“ASAN xidmət”dən verilən məlumata görə, xidmətdən bu günə qədər 2 milyona qədər adam yararlanıb.

Xatırladaq ki, ilk – 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 yanvar 2013-cü ildə fəaliyyətə başlayıb.

Hazırda 6 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 2-i isə Sumqayıt və Gəncə şəhərindədir.

Ötən il ərzində 37 rayonun 60 min sakininə Səyyar ASAN xidmətlər göstərilib. Bu ilin dekabr ayına kimi 41 rayonun sakininə səyyar formada xidmətlərin göstərilməsi nəzərdə tutulub.