Əməkdar artist xəstəxanaya yerləşdirildi

Artist

Əməkdar artist Süleyman Zeynalov isə sağlamlığındakı narahatlıqlara son qoymaq üçün həkimlərə üz tutub. Eşitdiyi acı gerçək isə onu şoka salıb. Amma buna baxmayaraq sağlamlığa qovuşmaq uğrunda mübarizə aparır.

ANS TV-nin məlumatına görə, əməkdar artist Süleyman Zeynalov deyib ki, əsəbdən ayaqları tutulub.

“Bilirsiniz ki, mən həmişə 15 yaşındakı oğlan kimi olmuşam. Lakin sonra əsəbdən ayaqlarım tutulmağa başladı”, deyə Süleyman Zeynalov bildirdi.

Süleyman Zeynalov qəfil səhhətində baş verən problemlər səbəbindən həkimə müraciət edib. Müayinə zamanı isə onun ankoloji xəstəliyə düçar olduğu məlum olub.

“15 gün bundan əvvəl hər gecə titrəyirdim. Bunların hamısı əsəbdəndir. Çıldağa qədər getmişəm, sonra qaşınırdım və titrəyirdim”.

Süleyan Zeynalov bizimlə müsahibədən sonra bu gün əməliyyat olunub.

Allah Şəfa versin…