Planşetini sındıran 4 yaşlı uşağı öldürdü

Plan

19 yaşlı gənc planşetini sındıran 4 yaşlı uşağı qətlə yetirib.

XALQ.AZ-ın məlumatına görə, tükürpədici qətl hadisəsi Taylandda baş verib.

Məlumata görə, azyaşlı valideynləri ilə şəhərdəki müəllimlərdən birinin evinə qonaq gedib. Şəhər əhalisi vəpolis uşağın axtarışına başlayıb. lakin azyaşlının cəsədi məktəbin yaxınlığındakı göldə tapılıb. Uşağın belində və üzündə döyülmə izləri olub.

Tibbi ekzpertizanın məlumatına görə, uşağa ağır zərbə vurulub və nəticədə onun qaraciyəri dağılıb.

Araşdırmadan sonra bu çirkin əməli törədən də tapılıb. Belə ki, 19 yaşlı gənc uşağın atasının ona ötən həftə aldığı yeni model planşeti yerə saldığını, nəticədə texnikanın qırıldığını deyib. “Planşetimi sındırdığı üçün çox hirsləndim və özümü itirdim. Məktəbin arxasında ağacla başına və bədəninə vurdum. Sonrada cəsədini gölə atdım”.