Əməkdar incəsənət xadimi vəzifəyə təyin olundu

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad olunub.

XALQ.AZ xəbər verir ki, bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

Məlumatı Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər.

Bildirilib ki, ötən aydan Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrətoğlu Sadıqov təyin olunub.

Qeyd edək ki, Orxan Fikrətoğlu Əməkdar incəsənət xadimidir.