Milli Məclisin eks deputatı məhkəməyə verildi

“Karmen” MMC-yə cərimə protokolu yazılıb.

Şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

XALQ.AZ xəbər verir ki,daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Rauf Daşdəmirovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: “Karmen” MMC sabiq deputat Əsabil Qasımova məxsusdur.