Ən çox şikayət olunan icra başçıları

7

 

 

Süleyman Mikayılov, Vaqif Abdullayev, Qoca  Səmədov  və Lütvəli Babayev son altı  ayın ən çox şikayət edilən məmuru “titulunu” qazanıblar

Azərbaycanda yerli məmurların daha çox özbaşınalıqla məşğul olması səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlər də çox olur. Prezident Admnistrasiyası artıq bir neçə ildir ki, daha çox şikayət olunan icra başçılarının «reytinq cədvəli»ni də hazırlayaraq, onu cəmiyyətə açıqlayır.

XALQ.AZ xəbər verir ki, yarımillik yekunla bağlı  hazırlanmış «reytinq cədvəli»ndə də maraqlı məqamlar var. Məlumatlarda deyilir ki, Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları icra başçısı Süleyman Mikayılov. Qaradağ rayonun rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyini əhatə edən bu şikayətlərin ümumi sayının yüzlərlə olduğu bildirilir.

Beylaqan şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev isə sıralamada 2-cü yerdə qərarlaşıb. Onun haqqında edilən şikayətlərin qısa məzmunu şəhərdə satmadığı torpaq sahəsinin qalmaması, sahibkarlara qənim kəsilməsi və digər sosial problemlərlə əlaqəlidir.

Yevlaxın icra başçısı Qoca Səmədov isə ən çox şikayət edən sahibkarlardır. Rayonda onlara imkan verməyən və mütəmadi olaraq iş adamları ilə toqquşan sözügedən şəxsin əsas tələbi onlardan pul istəməsi göstərilir. Qeyd edək ki, hələ bir müddət əvvəl Səmədovla  iş adamları ilə arasında insident də baş qaldırmışdı.

Zərdab icra hakimiyyətinin başçısı Lütvəli Babayev də şikayətçilər arasındadır,məlumatda vurğulanır ki, rayonda sosial-iqtisadi  və məmur özbaşınalığı ilə bağlı edilən şikayətlər üstünlük təşkil edib.

XALQ.AZ bildirir ki, daxil olan məlumatlara görə, yaxın günlərdə  həmin 4 rayonun icra başçıları ilə bağlı qərar verilə bilər: «Onlardan kiminə xəbərdarlıq ediləcək, kimi də yola salınacaq  aydınlaşacaq.

 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.