Ən çox şikayət olunan sığorta şirkətləri – SİYAHI

Avto-icbari sığorta üzrə ən çox şikayət olunan və sürücülərin narazı qaldığı sığorta şirkətlərinin adları açıqlanıb. Bir il ərzində daxil olan şikayətə əsasən “AzSığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Atəşgah Sığorta” ASC, “A-Qroup Sığorta” ASC, “Günay Sığorta” ASC, “Xalq Sığorta” ASC və “Bakı Sığorta” ASC ən aşağı səviyyəli xidmət göstərən sığorta şirkətləri olub.

Bu məlumatı Mərkəzi Bank açıqlayıb. Ən çox şikayət olunan sığorta şirkətləri həm də il ərzində tez-tez məhkəməyə verilən sığorta şirkətləridir.

Belə ki, sentyabr ayı üçün apardığımız kiçik araşdırma zamanı məlum olmuşdu ki, “AzSığorta” ASC ay ərzində ən çox məhkəməyə verilən, haqqında iddia qaldırılan sığorta şirkətidir. Sentyabr ayında bu şirkətin 41 məhkəmə çəkişməsi var. Şikayət indeksinə görə xidmət səviyyəsi aşağı olan “Atəşgah Sığorta”nın isə bu ay ərszində 35 məhkəmə çəkişməsi var. “Günay Sığort”ın 9 məhkəməsi, “Xalq Sığorta”nın 14 məhkəməsi, “Bakı Sığorta”nın isə 16 məhkəmə çəkişməsi var.