Ən məşhur cizgi filmi

Volk

İctimai rəy fondunun sosioloqları daha bir maraqlı sorğu keçiriblər. ANS PRESS-in məlumatına görə, yüzlərlə rusiyalı vətəndaşın ən çox sevdiyi cizgi filmi hansı olduğu sualı cavablandırılıb. Sovet dövrünün, uşaqların sevimli filmi olan “Nu, poqodi” məşhurluqda birinci yeri tutub. 20 % Rusiya vətəndaşı məhs bu cizgi filmini seçib. Sorğu ölkənin 100-ə yaxın nöqtəsində aparılıb.

Səsvermə nəticəsində 7 % ilə ikinci yerdə müasir film olan “Maşa i Medved”, 5 % səs yığaraq üçüncü yerdə amerikanın “Şrek” və sovet dövrünün “Prostokoşino” filmi qərarlaşıb. Bundan əlavə olaraq 56% insan bildirib ki, animasiyalı filmləri sevirlər. Sosioloqlar bildiriblər ki, rusların əksəriyyəti, 39%-ı çoxdəqiqəli, 22% isə uşaqlar üçün olan filmləri bəyənirlər.

Qeyd edək ki, “Nu, poqodi” 1969-cu ildə Ketyonoçkin və Vyaçeslav Mixayloviç tərəfindən çəkilib. İlk seriyası elə istehsal olunduğu il yanvar ayının 1-də efirə gedib.