Az yaşlı qızı zorlayıb öldürdülər

Zorlama

Rusiyanın Bryansk rayonunda dəhşətli cinayətin üstü açılıb. Xalq.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ötən il dekabr ayında itkin düşən 13 yaşlı qızın meyidi tapılıb.
Meyidi tapılan qızın cəsədi tibbi ekspertizadan keçirilib. Məlum olub ki, 13 yaşlı qız ölməmişdən əvvəl vəhşicəsinə zorlanıb. Qız daha sonra işgəncəyə məruz qalaraq boğulub. Cinayətkarlar işi elə qurub ki, onun ölümü intihar kimi görünsün. Lakin polislər işin əsas məğzini aça biliblər.

Aparılan araşdırmalar zamanı cinayəti törədən 2 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən birinin 19, digərinin isə 21 yaşı var. Onlar azyaşlını tənha yerə aparıblar. Daha sonra onu zorlayıblar. Onlar cinayətin izini itirmək istəsələr də, bu alınmayıb.

Hazırda həmin şəxslər məhkəməyə çıxarılacaq.