Ərəblərin yeni idman maşını

Avto

Ərəblər yeni idman maşını istehsal etməyə hazırlaşır.

Xalq.az-ın məlumatına görə, internetə “Dubai Roadster” adlı maşının şəkilləri yayılıb. İlkin məlumata görə, həddən artıq yüngül, ikinəfərlik və üstüaçıq olan bu maşın gələn il karbon və metalda Dubay avtosalonunda nümayiş etdiriləcək.

Onun rəqibləri hələki Ariel Atom, BAC Mono və KTM X-Bow maşınlarıdır.

Layihənin müəllifləri və icraçıları hələ anonim qalmağa üstünlük verir. Onların BƏƏ-də məşhur pilotun rəhbərlik etdiyi yeni yaranmış firma olduğu bildirilir. “Dubai Roadster” onların ilk layihəsidir və layihə üçün professional dizayner dəvət edilib. Çünki avtomobil yeni və rahat görsənir.