Gəncə sakini avtomobili divara çırpdı

Hundai

Gecə saat 00:00 radələrində Gəncə Beynəlxalq hava limanı yolunda yol-qəza hadisəsi baş verib.

Xalq.az-ın xəbərinə görə, Gəncə Beynəlxalq hava limanı istiqamətində hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobilin sürücüsü Əhmədov Elvin idarəetməni itirərək avtomobili yol kənarındakı divara çırpıb.

Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Avtomobildə olan 27 yaşlı sürücü Elvin Əhmədov və sərnişin 30 yaşlı Əfqan Alıyev isə xəsarət aldıqları üçün Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Lakin onların səhhətlərində ciddi problemlərin olmaması səbəbilə ilkin tibbi müayinədən sonra evə buraxılıblar.

Faktla bağlı Gəncə şəhər Dövlət Yol Polisi İdarəsində araşdrıma aparılır.