Ərdoğan Bakıda namaz qılacaq

Namaz

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın namaz qılacağı “Əjdərbəy” məscidi polislər tərəfindən mühasirəyə alınıb.

Xalq.az-ın məlimatına görə, məscidə namaza gələnlər ciddi yoxlamadan keçirilir: “Hər kəs yoxlanılır. Mülki geyimlilər məsciddə namaza gələnlərə nəzarət edirlər. Məscidin ətrafı polis nəzarətindədir. Yolda hərəkət məhdudlaşdırılıb”.
*   *   * 10:50
Azərbaycanın şimal regionunda işgüzar səfərdə olan Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bu gün Azərbaycana gəlməsi gözlənilən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın səfərini şərh edib.
Xalq.az-ın verdiyi xəbərə görə, Şeyx Ərdoğanın Bakı səfəri zamanı da Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu nümayiş etdiriləcəyini deyib: “Bu gün Ərdoğan Bakıya gəlir, “Əjdərbəy”ə gəlir. “Əjdərbəy” məsçidində həm sünnilər, həm də şiələr bir yerdə namaz qılacaq. Bunu nə Türkiyədə, nə İranda, nə də Rusiyada tapa bilərsən, bunu ancaq Azərbaycanda tapa bilərsən”.
Xatırladaq ki, şimal zonasına səfəri zamanı Bütün Qafqazın şeyxi Quba, Qusar və Xaçmaz rayonlarının hər birində məsçidlərin bərpası üçün 10 min AZN pul ayırıb. Səfər çərçivəsində bölgədə radikal dini təmayüllərin təbliğatının əleyhində olan ədəbiyyat da paylanılıb. Hacı Allahşükür Paşazadə bu rayonlarda yaşayan bütün dindarların problemlərinə hörmətlə yanaşılacağını bildirib.