Ərdoğan həyat yoldaşına sürpriz etdi

Erdogan

Türkiyənin baş naziri və prezidenliyə namizədi Rəcəp Tayyip Ərdoğan həyat yoldaşı Əminə Ərdoğana evliliklərinin 36-cı ildönümü münasibətilə sürpriz edib.

XALQ.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün Ərdoğan və həyat yoldaşı iftar proqramına qonaq olublar. Ərdoğan iftardan öncə çıxış edib, daha sonra isə proqramın aparıcısı Əminə Ərdoğanı səhnəyə dəvət edib. Bütün qonaqların qarşısında Ərdoğan 36 qönçə güldən ibarət buketi Əminə Ərdoğana verərək, onu evliliklərinin 36-cı ildönümü münasibətilə təbrik edib.

Ərdoğanın bu addımı Ə.Ərdoğanın sevincinə səbəb olub.