Dünən saat 17.00 radələrində Qubanın Qaraçay kəndi ərazisində biçilmiş taxıl zəmilərində yanğın başlayıb.
XALQ.AZ-ın məlumatına görə, yanğın böyüyərək quşçuluq fermasına da ciddi xəsarət yetirib.
Fövqəladə Hallar Nazirliyinin Quba dövlət yanğın mühafizə hissəsindən 3, Şabrandan 1, Qusardan 2 yanğınsöndürən maşınları əraziyə cəlb olunub.
FHN-nin Şimal regional dövlət yanğın mühafizə hissəsindən aldığımız məlumata görə, yanğın taxıl zəmilərindən başlayaraq quşçuluq fermalarına kimi çatıb.
Hazırda yanğının baş vermə səbəbləri və dəyən ziyan araşdırılır.
ANS TV-nin bölgə müxbirinin dediyinə görə, yanan fermalar istifadəsiz vəziyyətdə imiş.