Ərdoğan Milli Məclisdə çıxış edəcək

İyunun 16-da Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə Report-a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.