Məşhur iş adamının kürəkəni “Range-Rover”lə 4 nəfəri vurub öldürdü-Foto-Video

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

XALQ.AZ APA-ya istinadənxəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Hacı Məhərrəm kimi tanınan Məhərrəm Novruzovun kürəkənidir.