Ərdoğan son qərarını verdi

 

05

XALQ.AZ xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətər ziyarəti əvvəlində Atatürk Havalımanında mətbuat konfransı təşkil etdi. Ərdoğan IŞİD-lə əlaqədar suala, “Türkiye’nin teröre karşı tutumu bellidir, bundan taviz vermesi de mümkün değildir” cavabını verdi.
Prezident konfrans zamanı bunuda vurğulayıb ki, Qətəri keçdiyimiz aylarda Baş nazir olaraq ziyarət etmişdim. Qətər əmri dörd dəfə ölkəmizi ziyarət etmişdi.
SUAL: ABŞ Xarici işlər Naziri Kerry Türkiyəyə ziyarət reallaşdırdı. Sizin bu ziyarət və Obamanın IŞİD planıyla əlaqədar qiymətləndirmənizi xahiş edəcəkdim.
Mövzu ilə əlaqədar hörmətli Kerri şərh verdi. Bu şərhlər müştərək görüşmələrin bir ifadəsi idi. Bizim yanaşmamızın bölgədəki hər cür terror hərəkətinə qarşı Türkiyənin həssaslığı olmasını cənab Kerri ilə paylaşdıq. Bu mövzuda ölkəmizdə də məlum müəyyən terror təşkilatlarıyla mübarizəmiz var. Amma bölgədə də terror təşkilatlarının fərqindəyik. Bunlara qarşı da həssaslıqlarımız davam edir.
Gərək xarici terrorçular olsun, gərəksə ölkəmizdəki terror təşkilatı mənsublarıyla əlaqədar işlər olsun həssaslığımızı davam etdirəcəyimizi, müttəfiqlərimizlə olan bu mövzudakı həmrəyliyimizi milli və beynəlxalq əsasda davam edəcəyik. Daha əvvəl Yunanıstanla da ölkəmiz arasında bəzi ixtilaflar oldu, amma həmrəylik nəticəsində müsbət nəticələr əldə etdik. Bölgədə də, Suriya olsun, İraq olsun, daha Pakistandan Əfqanıstana bütün bu bölgədəki iğtişaş   nöqtələrindəki məlumat paylaşmamız olsun bunlar əhəmiyyət ifadə edir.
Suriya və İraqdakı son ixtilaflarda da, NATO zirvəsində Obama ilə görüşlərdə müzakirələr apardıq. Burada atacağımız addımlarda insani kömək mövzusunda, səhv xəbərləri paylaşmamız mümkün deyil. Xüsusilə bəzi yazılı və vizual mediadakı nəşrlər tamamilə  həqiqətdən uzaqdır.
Türkiyənin terrora qarşı tutduğu mövqe müəyyəndir, bundan dönməsi  də mümkün deyil.