Ərdoğan XƏBƏRDARLIQ etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 sammitində iştirak edib.

Türkiyə lideri dünyanı yeni ərzaq böhranına hazır olmağa çağırıb. O, eyni zamanda dünyanın aparıcı ölkələrini böhrandan xilas olmaq üçün təcili tədbirlər görməyə səsləyib:

“Dünya buğda, günəbaxan yağı və qarğıdalı ilə yanaşı, düyüdə də böhran ehtimalı ilə üzləşib. Gübrə bazarı sürətlə sabitləşməlidir. Əks halda, gələn il daha böyük ərzaq böhranı yaşayacağıq. İxrac olunan taxılın ehtiyacı olan inkişaf etməmiş bölgələrə, xüsusən də Afrikaya təcili çatdırılması üçün tədbirlər görməliyik”.