Ukraynanın əksər şəhərlərinə raket zərbələri endirilir: Binalar dağılıb, elektrik enerjisi kəsilib

Rusiya yenidən Ukraynanın bir sıra şəhər və vilayətlərini raket atəşinə tutub.
Xalq.az Qaynarinfoya istinadən  xəbər verir ki, Kiyev, Xarkov, Vinnitsa, Kovel, Jitomır, Lvov, Poltava, İvano-Frankovsk, Ternopol, Krivoy Roy, o cümlədən digər şəhər və vilayətlər hədəf olub. Hazırda bu şəhər və vilayətlərdə partlayışlar baş verir.

Raket zərbələri nəticəsində bir sıra şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib. Paytaxt Kiyevdə daha bir çoxmərtəbəli yaşayış binasına raket düşüb.  Bundan başqa, raketlərdən biri Xarkovdakı mühüm əhəmiyyətli infrastrukturu hədəf alıb, metronun hərəkəti dayandırılıb.
Məlumatda həmçinin Jitomırın tamamilə, Lvov, Rivne və digər şəhərlərin qismən elektrik enerjisiz qaldığı bildirilib.