Ərdoğana Cıdır düzündə Qarabağ atı hədiyyə olundu

Hazırda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhəri barədə paylaşım edib.

“Azadlığına qovuşan Qarabağ, azadlığına qovuşan qədim şəhər Şuşa”, – qardaş ölkənin dövlət başçısı bu sözləri özünün “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, bu gün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən Şuşa bəyannaməsi imzalanıb.

Həmçinin Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib.

“Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

Возможно, это изображение (2 человека, люди стоят, лошадь и на открытом воздухе)