İlham Əliyev Bayraktarı təltif etdi

“Az öncə qardaşım İlham Əliyev “Baykar” İdarə Heyətindən Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etdi”.

XALQ.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Bayraktar ailəsi adından Azərbaycan Prezidentinə ayrıca təşəkkür edib.

İlham Əliyev Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib -FOTO

Qeyd edək ki, “Baykar” şirkətinin Baş direktoru olan H. Bayraktar “Baykar” şirkətinin texnik direktoru və qurucusu Səlcuk Bayraktarın qardaşıdır.