Şuşa bəyannaməsi müştərək gələcəyimizin təminatıdır

Bu gün işğaldan azad edilmiş doğma Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında “Müttəfiqlik haqqında” Şuşa bəyannaməsi imzalandı.

Bunu Ailə,Qadın və uşaq probləmləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova şəxsi facebook hesabında yazıb.

Bahar Muradova bildirib ki, xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələr müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir.Milli Qurtuluş günü imzalanan bu sənəd yeni bir Dirilişin, yenidən doğuluşun müjdəsidir.

Gözün aydın Azərbaycan,

Gözün aydın Türkiyə!

Ankaradan Bakıyacan,

Dünyaya yenidən doğan

Canda nəfəs,damarda qan,Turkiyə, Azərbaycan!!!