Əsgər hamamda yandı

hamam

Milli Ordumuzun əsgəri yanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində həqiqi hərbi xidmətdə olan 1995-ci il təvəllüdlü əsgər Vüqar Mayis oğlu Qələbəgiyev hamamda yanıb.

Əsgər hamamın sobasını yandırarkən ehtiyatsızlıqdan yanıb. Onu hərbi hospitala yerləşdiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.