Əsgər özünü yaraladı

Silah

Dünən Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində silahlı insident yaşanıb.

XALQ.AZ-ın məlumatına görə, hərbi hissənin əsgəri Səməd Azad oğlu Rəsulzadə əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş nəticəsində yaralanıb.

Azərbaycan əsgəri hərbi hospitala yerləşdirilib.

Hazırda onun vəziyyətinin normal olduğu və hospitalda müalicə aldığı deyilir.

Müdafiə Nazirliyinin mətbuat xidməti bu insidenti təsdiq edib.

Faktla bağlı Hərbi Prokurorluq araşdırma aparır.