Əsgərimiz şəhid oldu

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.

Bu barədə XALQ.AZ Səhman Musayevin yaxınları məlumat verib.

Hərbi qulluqçumuz şəhid oldu

Tərxis olunmasına 1 ay qalmış əsgərin yaxınları onun Füzuli istiqamətində minaya düşdüyünü bildirir.

Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.