Nazir müqavilə imzaladı

Bu gün İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin Türkiyənin “Demirören Holdinq”inə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb.

XALQ.AZ  xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.

“Yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq”, – deyə o, qeyd edib.