1 qadını 8 kişi döydü

zina

İndoneziyada yad kişi ilə əlaqəda olmaqda ittiham olunan 25 yaşlı dul qadın 8 kişi tərəfindən zorakılığa məruz qalıb.

Xalq.az-ın məlumatına görə, dul qadına bundan əlavə dini qaydaları pozduğu səbəbindən dəyənək cəzası da verilə bilər.

Qadının yaşadığı vilayətin səlahiyyətlisi İbrahim Latifin sözlərinə görə, 25 yaşlı qadın zina etdiyi üçün 8 kişi tərəfindən döyulub. Qadınla əlaqadə olan kişi döyülərək, üstünə kanalizasiya suyu tökülüb. Daha sonra isə həmin adam polisə təhvil verilib.

İbrahim Latif qadın və kişinin zina etdiyi üçün dini qaydalara uyğun cəzalandırılacağını istisna etməyib. O, həmçinin bildirib ki, qadına və kişiyə qarşı təhqiramiz hərəkətlər edən şəxslərdən 3-ü polis tərəfindən saxlanılıb. Digər 5-nin axtarışı davam etdirilir.

Bu şəxslərin günahı sübut olunacağı təqdirdə onlara 15 il həbs cəzası veriləcəyi gözlənilir.