12 taksi sürücüsünün cəsədi tapıldı

Cesed

Şimali İraqda Kərkük ilə Süleymaniyə şəhərləri arasında 12 taksi sürücüsünün cəsədi tapılıb.

XALQ.AZ-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Qani Şeytanə kəndinin yaxınlığında tapılan cəsədlərin 11 ay əvvəl qaçırılan sürücülər olduğu, qətl hadissinin də həmin vaxt baş verdiyi məlum olub.

Yerli polis nümayəndəsi sürücülərin “Əl Qaidə” terror təşkilatı tərəfindən qaçırıldığını, qətldən sonra onların avtomobillərinin oğurlandığını bildirib.

Şəxsiyyətləri müəyyəjn olunan sürücülərin cəsədləri ailələrinə təhvil verilib.

Qeyd edək ki, daha əvvəl həmin ərazidə 4 taksi sürücünün cəsədi tapılmışdı.