Bakıda qəza: 1 ölü, 3 yaralı (YENİLƏNİB)

qeza-1

Bakının Fəhlə prospektində baş verən ağır yol nəqliyyat hadisəsindən yeni xəbər alınıb.

Hadisə yerindən edilən zəngə görə, təcili tibbi yardım maşınları 2 nəfəri xəstəxanaya aparıb. Bir nəfərin isə başı ciddi yaralandığından şəxsi maşınla xəstəxanaya çatdırılıb.

Şahidlər bildirir ki, bir nəfər öldüyündən onu tibbi yardım maşını heç yerə aparmayıb. Hazırda meyit hadisə yerindədir.

23.29

Bakının Fəhlə prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu haqda ANS PRESS-in qaynar xəttinə zəng edilib.

Mənbənin bildirdiyinə görə, qəza hadisəsi “Mercedes C” markalı avtomobillə “Jiqulu” markalı “2106” maşınının toqquşması nəticəsində baş verib.

Şahidlər bildirir ki, hadisə zamanı maşında olanlar yaralanıb, ətrafda isə tibbi xidmətin maşınları gözə dəymir. Hadisə yerində, daha doğrusu asfaltda çox qan izlərinin olduğu haqda da məlumat verilib.

Hadisənin gedişatı haqda ətraflı məlumat veriləcək.