120 yaşlı tarixi bina niyə sökülür?

Bakıda tarixi bina sökülür.

Bu barədə memar Əbdül Hüseynov bildirib.

Onun sözlərinə görə, Salatın Əsgərova və Bül-Bül prospektilərinin kəsişməsində yerləşən yaşayış binası  yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina 1899-cu ildə milyonçu İsa bəy Hacınski tərəfindən ikimərtəbəli yaşayış binası kimi tikilib.

“Bir neçə gün əvvəl ərazidə çəkiliş aparan yaxın dostum əlaqə saxlayıb. Evin sakinləri ilə söhbət zamanı məlum olub ki, evdəki mənzillərin bir qismi artıq alınıb və bina sökülməyə hazırlanacaq”-deyə Ə.Hüseynov vurğulayıb.

Ə.Hüseynov deyib ki, son vaxtlar memarlıq abidələrinin dağıdılması üçün bir sıra gedişlərdən istifadə edilir.

Bura mülkiyyətçilərdən mənzillərin alınması, binanın qəsdən qəzalı vəziyyətə gətirilməsi daxildir.

Bundan sonra yeni mülkiyyətçi dövlət strukturlarından binanın qəzalı vəziyyətdə olmasına dair rəy alır. Bu zaman
İctimai dinləmələr keçirlimir və peşəkar ictimaiyyətin rəyi nəzərə alınmır.

Mənfi rəy verilən bina bundan sonra dövlət tərəfindən mühafizə olunan obyektlər siyahısından çıxarılır. Bina sökülür, torpaq sahəsi tam mülkiyyətçinin ixtiyarında qalır.

Ümid edirik Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti faktı araşdıracaq və memarlıq abidəsinin sökülməsinin qarşısını alacaq.